“Bu tədbirə qatılmayanlar, burada olmayanlar yəqin bilmirlər ki, bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər. Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər gətiriblər. Bu o demək deyil ki, bunları siyasiləşdirmək lazımdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona azərbaycanlılar tərəfindən “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsinə və bunun mətbuatda səs-küyə səbəb olması ilə bağlı suala cavab verərkən bildirib.
“İnsanlar özləri üçün vacib olanı danışırlar, deyirlər. Bu, tamamilə normaldır, nə vaxt ki, insanlar özləri üçün vacib olan simvolların əks olunduğu hədiyyələri verirlər, həmin hədiyyələr vasitəsilə öz hekayələrini danışırlar”, - deyə o vurğulayıb.
Rusiya XİN sözçüsü əlavə edib ki, təxribatlara uymamaq lazımdır, provokasiyalar hər zaman olub və olacaq.