Zaurun əsl yaşı açıqlandı: 20 il cavan görünürmüş...

"Zaur, səni təbrik edirəm. 50 yaşın mübarək olsun".

Musavat.com titul.az-a istinadən xəbər verir ki, bunu Xatirə İslam "Həmin Zaur" verlişində aparıcıya bildirib.Zaur Xatirənin bu sözlərinə "50 nədir?!" deyə reaksiya verib.

Xatirə "Hə, vallah 50-dir. Sözün düzü, mən inanmırdım, amma... Mən çıqqılı uşaq idim, sən radioda aparıcı idin. Amma onu da deyim ki, o yaşı sənə vermək olmur. Çox gözəl görünürsən, xarizma dağıdır da yəni", - sözləri ilə aparıcının uzun illərdir hər kəsdən gizlətdiyi gerçək yaşını efirdə açıqlamış olub.

Zaur xoş sözləri üçün Xatirəyə təşəkkürünü bildirib.

09.02.2025 01:57
32756