Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki... - VİDEO

Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb.

Oğlunu da özü ilə birgə “Həmin Zaur” proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:

“Bartu dünən efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?” vakansiya

Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:

“Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq”.

Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir./Yenisabah.az

26.09.2024 15:25
10621