Zaqatalada yanğın başlayıb

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.

30.08.2022 14:38
577