Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırma aparılır.