Zaporoyje AES-də əlavə yoxlama TƏLƏB EDİLDİ

Beynəlxalq Atom Enerjisi Agentliyi – MAQATE Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında mina və ya digər partlayıcı maddələrin olub-olmadığını yoxlamaq qərarına gəlib. Bununla bağlı MAQATE-nin bu gün yaydığı açıqlamada məlumat verilir.

Təşkilatın baş direktoru Rafael Qrossi AES-də yoxlama aparmaq üçün əlavə giriş fürsətinin yaradılmasını istədiklərini qeyd edib: “MAQATE eskpertləri obyektdə mina və ya digər partlayıcıların olub-olmadığını yerində yoxlamaq üçün əlavə giriş istəyiblər. O cümlədən 3 və 4-cü reaktor bloklarının damına, turbin zallarına və stansiyanın soyutma sisteminin bır sıra hissələrinə baxış imkanının yaradılması istənilir”.

Məlumatda o da qeyd olunur ki, MAQATE ekspertləri AES-də yaxınmüddətli dövrdə hər hansı atışma və ya partlayış barədə məlumat verməyiblər.

Qeyd edək ki, dünən Rusiya tərəfi Ukraynanın gecə yarısı Zaporojye AES-ə zərbə endirəcəyinə dair məlumat yayıb. Məlumatda zərbənin ucuna Ukraynanın Cənub AES-indən götürülmüş nüvə tullantıları yerləşdirilmiş raketlərlə endiriləcəyi, ardınca Rusiyanın stansiyada təxribat törətdiyinə dair təbliğat qurulacağı iddia olunurdu. Bu məlumatdan sonra Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın AES-də təxribat hazırladığını, bunda Kiyevi günahlandırmaq üçün zəmin yaratmağa çalışdığını bildirib, dünya dövlətlərinə bu qəddar adımın qarşısını almaq üçün müraciət edib.

Musavat.com

05.07.2023 19:46
305