Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən ŞOK QƏRAR

Xəbər verdiyimiz kimi, Böyük Britaniya məhkəməsi Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyadakı əmlakları müsadirə edib. 

Zamirə Hacıyevanın Britaniyada sərvətinin mənbəyini açmaqla bağlı məhkəmə qərarından verdiyi şikayət təmin edilmədikdən sonra baş tutub.

Məhkəmə Zamirə Hacıyevaya bir neçə milyon dollar dəyərində qızıl-zinət əşyalarını da qaytarıb. London məhkəməsinin qərarına görə Zamirə Hacıyevanın Londonda 14 milyon funt sterlinq dəyərində qiymətləndirilən əmlakının dəyərinin 70 faizi müsadirə edilib, qalan hissəsi isə sahibinə qaytarılıb.

Xatırladaq ki, məhkəmə Zamirə Hacıyevanın adına rəsmiləşdirilmiş qolf klubunun da qanunsuz gəlirlərlə əldə edildiyini sübuta yetirərək müsadirə edib.

Zamira Hajiyeva: | Evening Standard

Londonun “The Evening Standard” qəzeti yazır ki, Milli Cinayət Agentliyi(MCA) etiraf etməyə məcbur olub ki, Zamirə Hacıyeva Londonun məşhur “Harrods” univermağından aldığı milyonlarla funt sterlinq dəyərində qızıl-zinət əşyaları qanuni vəsait hesabına alıb. Ona görə də onları sahibinə qaytarmağa borcludur.

MCA illərdir ki, məhkəmədə Zamirə Hacıyevanın qızıl zinət əşyalarının, o cümlədən 1,2 milyon funt sterlinq dəyərində Cartier üzüyü və Londondakı daşınmaz əmlakının qanunsuz gəlirlərlə alındığını sübut etməyə çalışıb.

Xatırladaq ki, MCA Zamirə Hacıyevanın təkcə “Harrods”da qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinq xərclədiyini üzə çıxarmışdı.

WMSPSP32CRGFREBVZRCY2D53QU.jpg (206 KB)

“The Evening Standard”ın məlumatına görə, ötən ay MCA keçmiş azərbaycanlı bankirin həyat yoldaşının əmlakının müsadirə edilməsinə dair məhkəmə qərarını “fantastik uğur” kimi qiymətləndirmişdi, əmlakın əldə edilməsi ilə bağlı qeyri-qanuni pul vəsaitlərinin hərəkətini izləyən müstəntiqlərin yorulmaz işini də qeyd etmişdi. Vestminster Magistrates Məhkəməsində Zamirə Hacıyevanın daş-qaşlarının müsadirə edilməsi üçün cəhdlər edildiyi, lakin MCA-nın press-relizində təfərrüatları açıqlanmayan sövdələşmədə "qarşılıqlı razılaşma" ilə dayandırıldığı da açıqlanır.

Zamirə Hacıyevanın işi qanunsuz aktivlərin müsadirə edilməsinin çətinliklərini də ortaya qoyub.

London nəşri iddia edir ki, MCA-nın azərbaycanlı bankirin arvadının zinət əşyaları uğrunda mübarizəni dayandırması onun resurslarını və müstəntiqlərini daha yüksək prioritet məqsədlər üçün azad etmək istəyi ilə bağlıdır.

Yada salaq ki, 2018-ci ildə Zamirə Hacıyeva Böyük Britaniyada İzaholunmaz Sərvət Sərəncamının (İSS) ilk hədəfinə çevrilib.

How 'McMafia' wife Zamira Hajiyeva spent £16m at Harrods

İSS ilk dəfə 2018-ci ilin yanvarında qüvvəyə minib, daha bir adı “McMafiya qanunları” idi. Zamirə Hacıyeva bu sərəncamların ilk hədəfi oldu. London Apellyasiya Məhkəməsi bu ilin fevralında Zamirə Hacıyevanın apellyasiya şikayətini rədd edib. Sərəncam onun 2009-cu ildə Londonun Naytsbric rayonunda 11,6 milyon funt-sterlinqə (15 milyon dollar) alınmış malikanəsi və 2013-cü ildə Berkşirdə 10,5 milyon funt-sterlinq (13,5 milyon dollardan artıq) vəsaitə alınmış qolf mərkəzinə qarşı qaldırılmışdı.

Britaniya Krallığının Milli Cinayət Agentliyi (NCA) məhkəmədə ümumilikdə 400 min funt sterlinq ($521,000) dəyərində 50-ə yaxın zinət əşyasının üzərinə həbs qoymağa nail olmuşdu. Zinət əşyaları Christie’s hərrac evində qiymətləndirmədən keçiriliblər. Sapfir və yaqutlarla bəzədilmiş 120 min funt sterlinq ($156,000) dəyərində olan Boucheron və 20 min funt sterlinq ($26,000) dəyərində olan Van Cleef & Arpels boyunbağıları daha çox diqqət cəlb ediblər.

Revealed: What 'McMafia order' wife Zamira Hajiyeva spent £16m on at Harrods  | World News | Sky News

Britaniya Krallığının Milli Cinayət Agentliyi Londonda dəbdəbəli həyat sürən Zamirə Hacıyevanın sərvətinin mənbəyinin araşdırmağa başladıqdan sonra zinət əşyalarının üzərinə həbs qoyulub. Zamirə Hacıyeva məhkəməni inandırmağa çalışırdı ki, həyat yoldaşının Azərbaycanda məhkumluğunun onun İSS-nın hədəfinə çevrilməsində rolu olub. Məhkəmə bu arqumenti rədd edib. Məhkəmə qərarından sonra Zamirə Hacıyeva 1 həftə ərzində Milli Cinayət Agentliyinə ötən gün müsadirə olunan mülkləri necə əldə etməsi, eləcə də Harrods ticarət mərkəzində səxavətli xərcləmələrini izah etməli idi. Bunu etmədiyindən, pulunun mənbəyini göstərmədiyindən agentlik onun əmlakını müsadirə etdi. Zamirə Hacıyeva 6 illik məhkəmə çəkişməsindən sonra müsadirəyə razılıq verdiyindən, əvəzində əmlakın satışından əldə edilən gəlirin 30 faizini geri ala biləcək. Bu isə 9 milyon dollara yaxın vəsait deməkdir.

Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır. Britaniya hökumətinin İzahedilməz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt-sterlinqin yuyulmasına qarşı mübarizə alətidir. 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası çəkirdi. Ötən ilin il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. Cahangir Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

Banker's wife who was hit with 'McMafia' order after £16m Harrods shopping  spree is set to walk free | Daily Mail Online

Eyni zamanda, antikorrupsiya fəalları “Hacıyeva işi” üzrə icraatın davam etdiriləcəyi təqdirdə yüksək məhkəmə xərclərinin qaçılmaz olacağından narahat idilər.
Korrupsiyaya qarşı Spotlight-ın icraçı direktoru Susan Hawley deyib ki, baxmayaraq ki, MCA nəhayət ilk "McMafia işi" nəticəsində əmlakı müsadirə edə bildi, lakin Hacıyevanın bu şübhəli və hələ də açıqlanmayan sərvətinin bu qədər böyük hissəsini özündə saxlaya bilməsi bir çoxlarının, o cümlədən bu vəsaitlərin oğurlandığı sadə Azərbaycan vətəndaşlarının narazılığına səbəb olacaq.

Artıq qeyd olunan Cartier üzüyündən əlavə, Milli Cinayət Agentliyi Hacıyevadan digər qızıl-zinət əşyaları, o cümlədən ƏDV nəzərə alınmadan 863 min 478 funt sterlinqə alınmış Boucheron-dan sapfir və yaqut ilə ilan boyunbağı, habelə brilyant qaşlı mirvari imitasiya boyunbağı götürüb. 2008-ci ildə İsveçrə frankı ilə o vaxtkı 310,431 funt ekvivalentinə Van Cleef və Arpels-dən alınmış zinət əşyaları da Zamirə Hacıyevaya qaytarılıb.

McMafia' wife's £16MILLION shopping list is revealed | Daily Mail Online

Bundan əlavə, Hacıyevaya “Boucheron-dan zümrüd və brilyantlı üzük” (ƏDV-siz £125,000), Tiffany and Co-dan 52,000 funt sterlinq dəyərində bir cüt sarı brilyant sırğa və 2010-cu ildə alınmış qolbaq qaytarılıb. Cartier-dən 49,200 funt dəyərində oniks muncuqlar və brilyantlarlar, Boucheron-dan Saffir və brilyantlı Şeherazadə üzük (ƏDV daxil olmaqla £13,404), Boucheron-dan £27,591 dəyərində olan safir və zümrüd üzük və daha bir neçə məhsul qaytarılıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarında MCA Zamirə Hacıyevanın 49 əşyadan ibarət zinət əşyaları kolleksiyasının müsadirə edilməsi ilə bağlı Westminster Magistrates Məhkəməsinə ərizə vermişdi.

MCA uzun məhkəmə çəkişmələri nəticəsində son olaraq Zamirə Hacıyeva ilə saziş imzalamaqla əmlakının 70 faizinin müsadirəsinə nail olub.

E.Məmmədəliyev,
Musavat.com

10.09.2024 20:08
3985