Zamiq həmkarlarının toyunda niyə gizlənir?

Müğənni Zamiq Hüseynov "Xəzər axşamı" proqramında qonaq olub.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, Zamiq bir çox sənət adamının toylarda etdiyi və bəyənmədiyi xüsusiyyətindən danışıb:

"Özümü görmədiyim yerlərə getmirəm. Bu, verilişlərə də aiddir. Ən sevmədiyim şey isə şou-biznes toylarında sənətçilərin biri-birini çəkib instaqramda paylaşmasıdır. Ona görə də gizlənirəm. Gedirəmsə, tez qayıdıram. Ötən il oğlumun kiçik toyunda da ilk sözüm bu oldu ki, telefonları kənara qoyub, gecədən zövq alaq".

04.01.2023 23:37
994