Zalıujnı özünə seçki qərargahı yaradıb - Rəhbəri isə...

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı sakitcə Zelenskiyə qarşı birbaşa rəqib olaraq Ukrayna prezidentliyinə namizəd olmağa hazırlaşır. Musavat.com xəbər verir ki, məlumatı jurnalist Keti Livinqstoun sosial şəbəkədə paylaşıb: "Mənbə mənə bildirdi ki, Zalujnı kampaniyasına "səmərəli şəkildə başlayıb”. Vaxt təsadüfi deyil: Trampın sülh sammitləri danışıqlar prosesini sürətləndirir”.

Xanım jurnalist iddia edir ki, general-leytenant Sergey Nayev Zalujnının seçkiqabağı təşviqat qərargahının rəisi təyin edilib.

 

Musavat.com

23.08.2025 02:02
747