Zakir Həsənov komandoların sentyabr döyüşlərindəki fəaliyyətindən danışıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov komandoların sentyabr döyüşlərindəki fəaliyyətini qiymətləndirib.

Musavat.com report-a istinadən xəbər verir ki, Z.Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda artıq komando hərbi hissələrinin yaradıldığını və fəaliyyət göstərdiyini qeyd edib.

“Son döyüşlərdə onlar öz imkanlarını nümayiş etdirdilər və vəzifələri uğurla yerinə yetirdilər. Digər məsələlər də uğurla həyata keçirilir”, - müdafiə naziri vurğulayıb.

25.10.2022 15:34
1034