Zahid Oruc İlham Əliyevə ZƏNG etdi

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Zahid Oruc Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Musavat.com-a Zahid Orucun Seçki Qərargahından məlumat verilib.

Z.Oruc inamlı qələbə münasibətilə ölkə rəhbərini təbrik edərək bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər, bu mərhələdə qazanılan nəticə ölkəmizin gələcək həyatında çox mühüm rol oynayacaq.

Musavat.com

08.02.2024 14:09
1008