Zabratda minik avtomobili avtobusla toqquşub

Zabrat şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Musavat.com-a BNA-dan bildirilib.

Qeyd olunub ki, 10 RJ 911 nömrə nişanlı minik avtomobili “Azlənd-Plaza” MMC-nin istismarında olan 217 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 318 nömrə nişanlı avtobusu arxadan vurub. Daşıyıcının verdiyi məlumata görə, hadisə zamanı avtobusda sərnişin olmayıb.

23.11.2022 20:57
560