Türkiyədə yüzlərlə insanı aldadaraq 50 milyon lirə qazanc əldə etdiyi öyrənilən Mustafa İncənin plastik əməliyyat etdirərək xaricə qaçmağı planlaşdırdığı iddia edilib.
Musavat.com xəbər verir ki, Mustafa İncənin estetik görünüşü məşhur aparıcı Müge Anlının verilişində geniş müzakirə edilib.
Tuba adlı gənc qadın onu evlilik vədi ilə aldatdığını iddia etdiyi Mustafa İncəni tapmaq üçün canlı yayıma çıxıb. Tuba xanımdan sonra proqrama çox adam müraciət edərək eyni adamın qurbanına çevrildiyini bildirib. Bu yayımda bir çox insan Mustafa İncə tərəfindən eyni üsulla aldadıldıqlarını iddia edib. Mustafanın həyat yoldaşı Mələk də efirə qoşularaq evli olmasına baxmayaraq boşanma prosesinin davam etdiyini bildirib. Mələk adlı qadın ərinin bu fırıldağı sevgilisi Ece ilə birlikdə etdiyini və 6 ildir evə gəlmədiyini bildirib.
Musavat.com