Yuxusuzluğa səbəb olan QİDALAR

Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər. 

Musavat.com lent.az-a istinadən bildirir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır.

Ədviyyatlı ərzaq

Yatmamışdan qabaq ədviyyatlı qidalar istehlak etməyin. 

Pomidor

Təəssüf ki, pomidor turşu reflüksünün əsas tətikləyicilərindən biridir. Buna görə də pomidoru yatmamışdan ən azı 4-5 saat əvvəl yemək lazımdır. 

Şirniyyatlar

İstənilən şirin desert axşam saatlarında yeyilsə, yuxunu poza bilər. Yüksək şəkər və qan qlükoza səviyyələrində dalğalanmalara və mədə problemlərinə səbəb ola bilər.

Süd

Süd, laktoza sayəsində həm uşaqlarda, həm də böyüklərdə turşu reflüksünü tətikləyə bilər. 

Ətirli sodalar

Çox vaxt onların tərkibində kofein var. Ola bilsin ki, heç sizin bundan xəbəriniz yoxdur. 

Nanəli çay

Yatmazdan əvvəl bir fincan nanə çayı içmək yuxu keyfiyyətinə yaxşı təsir etmir. Bunun əvəzinə çobanyastığı və ya lavanda içmək daha məsləhətlidir.

13.04.2024 08:12
1233