Yusif Eyvazovun keçmiş arvadı nəşə çəkdi - Video

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun keçmiş arvadı, Rusiyanın Xalq artisti Anna Netrebko son paylaşımı diqqəti özüinə çəkib.

Musavat.com olay-a istinadla xəbər verir ki, Amsterdamda tətildə olan 52 yaşlı opera ifaçısı narkotik vasitədən istifadə edib.

Anna sözügedən maddəni qəbul etdikdən sonra fikirlərini bu sözlərlə ifadə edib: 

“Qətiyyən xoş hiss yoxdur. Anlaya bilmirəm, insanlar bunu niyə edir. Başım sadəcə ağırlaşdı, heç bir gülüş yoxdur. Sadəcə yüngüllük hiss edirsən. Nə həyəcan var, nə başqa bir şey. Şərab və ya tekila içmək bundan yaxşıdır. Bir sözlə, başa düşdüm ki, "ot" mənimlik deyil". 

Yusif və Anna iki ay əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

09.08.2024 17:52
2567