Yusif Bağırzadə seçkidə namizəd kimi iştirak etməyəcək

Siyasi şərhçi Yusif Bağırzadə seçkidə namizəd kimi iştirak etməyəcək.

Bu barədə Musavat.com-a açıqlamasında Yusif Bağırzadə bildirib: "7 fevral növbədənkənar Prezident seçkisində namizədliyimi irəli sürdüm. Mərkəzi Seçki Komissiyasına müraciət edərək imza vərəqələrimiz aldım. Seçki komandam tərəfindən xeyli işlər görüldü. Ancaq Seçki Məcəlləsinin tələblərinə görə lazım olan sayda imzaları vaxtında toplaya və təqdim edə bilmədik. Ona görə də seçkidə namizəd kimi iştirak edə bilmədim. Seçkidə iştirak edən başqa namizədlərə uğurlar arzulayıram”.

Etibar Seyidağa
Musavat.com

08.01.2024 19:02
2206