Yunanıstanın energetika naziri Azərbaycana səfər edəcək

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfərinin tarixi dəqiqləşib.

APA-nın əldə etdiyi xəbərə görə, yunan nazirin Azərbaycana səfəri oktyabrın 18-də baş tutacaq. O, səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub.

03.10.2022 22:14
957