Yunanıstanın baş naziri Bakıda jurnalistlərə açıqlama verdi - FOTO

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis COP29 konfransında iştirak etmək üçün Bakıda səfərdədir.

Musavat.com xəbər verir ki, baş nazir jurnalistlərə açıqlamasında Yunanıstanın bu cür tədbirlərə optimist yanaşdığını bildirib.

Hökumət başçısı Yunanıstanın da iqlim dəyişikliyi ilə üzləşən ölkə olduğunu vurğulayıb: "Biz başa düşürük ki, biz həm iqlim keçidini sürətləndirməli, həm də eyni zamanda adaptasiya tədbirlərinə daha çox diqqət yetirməliyik. Çünki bu gün də iqlim böhranı var. Söhbət təkcə, 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdan getmir. Bu, həmçinin, vətəndaşlarımızı qorumaq məsələsidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.11.2024 10:02
505