Yunanıstanın Peloponnes yarımadasında yanğın səbəbi ilə kəndlərin boşaldılması tələb olunub.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın Peloponnes bölgəsindəki meşə sahəsindəki yanğın üçüncü gündür davam edir. Korinf şəhərinin Gelini bölgəsi də yanğından zərər çəkib.
Bölgədə hökm sürən güclü külək səbəbindən yanğınsöndürənlər, yerli əhali və könüllülərin dəstəyi ilə yanğının söndürülməsi işləri çətinliklə davam edir.