Yunanıstanda 6 Türk vətəndaşı ÖLDÜRÜLDÜ - Polis İnterpoldan kömək istəyir

Yunanıstanın paytaxtı Afina yaxınlığında alman nömrəli avtomobilə silahlı basqın edilib.

Musavat.com xəbər verir ki, hücumda güllələrin hədəfi olan 6 Türkiyə vətəndaşı həyatını itirib.

Hücumun mafiya qarşıdurması ola biləcəyi düşünülür. Yunan polisi hadisə ilə bağlı İnterpoldan dəstək istəyib.

Həyatını itirənlərdən 5-nin avtomobilin içində, 1-nin isə avtomobilin xaricində olduğu bildirilib.Ölənlərin heç birinin Yunanıstanda cinayət keçmişinin olmadığı və üzərində silah olmadığı açıqlanıb.

Hadisə yerində aparılan araşdırma zamanı 20-dən çox güllə gilizləri tapılıb.

Hadisə şahidləri polisə ifadələrində hücumun baş verdiyi ərazidə tünd rəngli avtomobil və motosiklet gördüklərini bildiriblər. İşin istintaqı davam etdirilir.

Musavat.com

Ekran görüntüsü 2023-09-12 193323

Ekran görüntüsü 2023-09-12 193317

 

13.09.2023 15:00
1646