Yunanıstana qaçmaq istəyən FETÖ-çular ələ keçdi

Ədirnədə Türkiyədən Yunanıstana qaçmaq istəyən 9 nəfər saxlanılıb.

Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan 5-i FETÖ üzvü olub.

Bildirilir ki, sərhədlərin təhlükəsizliyinin təmin olunması üçün mübarizə davam edir.

17.06.2024 23:08
861