Yunanıstan yaxınlığında qayıq batdı, 300 pakistanlı həlak oldu - MATƏM

Pakistan Senatının sədri Məhəmməd Sancrani Yunanıstanın Peloponnes yarımadası yaxınlığında baş verən miqrant qayığı qəzasında 300 pakistanlının həyatını itirdiyini açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan rəsmiləri Pakistanın elan etdiyi ölü sayını hələ təsdiqləməyib.

Fəlakətdə 300 pakistanlının həyatını itirdiyini deyən Sancrani, "Ölənlərin əbədi rahatlıq tapması üçün dua edirik. Bu sarsıdıcı hadisə, qeyri-qanuni insan alveri ilə bağlı iyrənc hərəkətin təcili olaraq aradan qaldırılması və pislənməsinin zəruriliyini bir daha göstərir", - sözlərini əlavə edib.

Pakistan mediasında gedən xəbərlərə görə, azı 298 pakistanlı ölüb.

Hadisənin ardından yerli hökumət bir günlük milli matəm elan etmək qərarına gəlib.

Milli matəm çərçivəsində bütün ictimai binalarda bayraqlar yarıya qədər endirilib.

19.06.2023 13:20
551