Yunanıstan Ukraynaya Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri və “S-300” göndərmək niyyətində deyil.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Kiryakos Mitsotakis deyib.
“Yunanıstan Ukraynaya nə “Patriot”, nə də “S-300” sistemi verməyəcək. Biz ölkə otdusunun baş qərargahının razılığı ilə Ukraynaya digər növ zenit sistemləri, daha qısa mənzilli sistemləri verdik”, - o, NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra mətbuat konfransında bildirib.
Bundan əlavə, Mitsotakis ölkənin Kiyevə “F-16” qırıcıları göndərməyi planlaşdırmadığını təsdiqləyib.
Musavat.com