Yuliya Navalnaya Avropa Parlamentində belə qarşılandı 

Rusiyalı müxalif siyasətçi, fevralın 16-da cəza çəkdiyi həbsxanada müəmmalı şəkildə ölən Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya Avropa Parlamentində çıxış edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Navalnaya yenə də ərinin ölümündə Kremli suçlayıb.

Yuliya Navalnayanın sözlərinə görə, Rusiyanın indiki rəhbərliyi “Aleksey Navalnıya və gözəl qonşu ölkəyə (Ukrayna) etdiklərinə görə” cavab verməlidir.

Navalnayanın çıxışı Avropa Parlamentində gurultulu alqışlarla qarşılanıb. Bundan başqa, Yuliya Navalnaya avropalı siyasətçiləri Kremllə nə Ukrayna, nə də digər məsələlərlə bağlı danışıqlara getməyə, onların fəaliyyəti və qeyri-qanuni maliyyə axınları ilə bağlı araşdırmalar təşkil etməyə çağırıb.

Musavat.com

28.02.2024 16:37
1227