Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Musavat.com "oxu.az"-a istinadən xəbər verir ki, sədr Samir Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
S.Qurbanov açıqlamasında artıq agentlikdə çalışmadığını təsdiqləyib.
Qeyd edək ki, onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, S.Qurbanov 2020-cı ilin aprelindən bu vəzifəni icra edirdi.