Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.