Yük maşını YPX avtomobilinə çırpıldı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində yük maşını Yol Patrul Xidmətinin (YPX) avtomobilinə arxadan çırpılıb.

Hadisədə YPX maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

07.08.2023 10:40
1283