Ukraynanın Zakarpatye vilayətinin Raxovski rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Yasinya kəndində yaşyarımlıq qız uşağı sərxoş anasının diqqətsizliyi səbəbindən həyatını itirib.
Anası sərxoş olduğu üçün uşağı qucağından yerə qoyub. Uşaq isə yolun maşınlar hərəkət edən hissəsinə qaçıb və bu zaman sürətlə gələn “Ural” markalı yük avtomobilinin təkərləri altına düşüb.
Hadisə ilə bağlı ana saxlanılıb. Müayinə zamanı onun qanında 1,7 ppm spirt aşkar edilib. Ananı 5 ilə qədər həbs cəzası gözləyir. (Oxu.az)