Yük maşını körpüdən çaya AŞDI - ölən var

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /APA

08.02.2025 20:23
592