Yük maşını 14 avtomobili əzdi - ANBABAN GÖRÜNTÜ

Moskvada yük maşınının səbəb olduğu zəncirvari qəza olub.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə REN TV xəbər yayıb.

Mojayskoye şossesinin 20-ci kilometrliyində baş verən qəzada üç nəfər xəstəxanaya yerləşdirilib.

Kadrlardan görünür ki, maşınlar bir-birinin ardınca ya tıxac, ya da işıqfor səbəbindən dayanırlar.

Buna baxmayaraq, hərəkətdə olan yük maşını dayanan avtomobilləri əzib.

Hadisədə 14 avtomobilə ziyan dəyib.

16.07.2023 10:10
960