Yoxa çıxan 17 yaşlı qız 1 ay sonra tapıldı

Sumqayıtda itkin düşən 17 yaşlı qız tapılıb.

"Qafqazinfo" xəbər verir ki, avqustun 16-da Sumqayıt şəhərində müəmmalı şəkildə itkin düşən Xızı sakini, 2005-ci il təvəllüdlü A.Hüseynovanın yeri müəyyən edilib.

Xızı Rayon Polis Şöbəsi əməkdaşları sentyabrın 15-də qızı taparaq yaxınlarına məlumat veriblər.

Araşdırma aparılır.

16.09.2022 21:22
1509