"Yoldaşım xəyanət etsə də, hiss etdirmir"

"Yoldaşımdan küsmüşəm, danışmırıq".

Bu sözləri müğənni Ülviyyə Namazova deyib.

İfaçı həyat yoldaşının çox qısqanc olduğunu və geyimlərinə qarışdığını bildirib:

"Həddindən artıq qısqancdır. Hər şeyə qarışır. Geyimimə, getdiyim yerlərə və s. Kimsə mənə adi mesaj yazırsa, ona da qarışır ki, "o sənə niyə elə yazdı?" O insan mənə heç vaxt xəyanət etməyib. Buna görə ona təşəkkür edirəm. Eləsə də mənə hiss etdirməyib. Məni hamıya qısqanır. Qadınlara belə..."/bakıvaxtı.az

16.05.2024 13:10
14416