Bakıda Şəhər Yol Polisi əməkdaşının kimsəsiz uşaqlara gizli şəkildə yardım etməsi gündəm olub.
Musavat.com xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.
Mehriban Zeynalova paylaşımında bildirib ki, həmin polis əməkdaşı 5 qız uşağını himayə edir.
Sözügedən paylaşımı təqdim edirik:
"Biz onun davranışlarına həqiqətən heyran qalırıq...
Hər zaman sığınacağa gəlir,qapıdan içəri keçmir. Çox utandığını bildirir.Uşaqları gördükdə isə çox kövrəldiyi hiss olunur. İndiyədək 5 qız uşağını himayə edən Şəhər Yol Polisi əməkdaşı bu dəfə də valideynsiz qız uşağımızın geyiminə,təhsilinə və digər ehtiyaclarına bacardığı qədər dəstək olacağını bildirdi. İllərdir ki,validenlər sığınacaqda qalan övladları üçün bəlkə də bu qədər narahat qalmadığını görürük. Gün aşırı zəng edir, onların halını maraqlanır,nəyə ehtiyaclarını olduğunu soruşur. Bu paylaşım tərif deyil. O qədər gözəl qəlbli vətəndaşlarımız var ki, yol polisi də onlardan biridir sadəcə..
Ümid edirik qızlar böyüyəcək və onların arxasında dayanan gizli qəhrəmanı unutmayacaqlar".
Musavat.com