Yol kənarına atılan sahibsiz maşınlar - Onları kim götürməlidir? - VİDEO

Bakının Xətai rayonu, Lütfi Zadə küçəsində iki avtomobil yol kənarına atılıb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunur ki, yararsız vəziyyətdə olan iki "Toyota Prius" markalı avtomobil aylardır ki, yolun kənarına atılıb.

"Salonlarını dağıdıb, işıqlarını qırıb-töküblər. Avtomobillər heç nəyə yaramasa da, onları ərazidən götürən yoxdur", - deyə şikayətçi yazır.

Videonu təqdim edirik:

20.05.2024 20:27
1070