Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe saçını boyadıqdan sonra xoşagəlməz hadisə yaşayıb.
Musavat.com xəbər verir ki, tanınmış müğənni üzündə aydın görünən yanıqların fotolarını izləyiciləri ilə paylaşaraq "Bir daha saçımı boyamayacağam. Kimyəvi yanıq aldım" deyib.
İzləyicilərinin "tez sağal" mesajlarına cavab verən 58 yaşlı Tilbe "Həkimə getdim, mənə verdiyi hər şeydən, kremlərdən, həblərdən istifadə edirəm. İnşallah keçər, çox sağ olun", - deyə qeyd edib.