Yeznə ilə qaynın davası ölümlə bitdi

Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb.

Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən vəziyyəti ağırlaşıb. 11 gün müddətində həkimlərim göstərdiyi tibbi yardımlara baxmayaraq C. Şabanov bu gün müalicə aldığı xəstənada ölüb.

Fakt araşdırılır.

30.03.2024 23:17
1164