Yevlaxdan qalxan təyyarə yoxa çıxdı – ÇÖZÜLMƏYƏN MÜƏMMA

Tarix 12 oktyabr 1948, Azərbaycan SSR. Heç kim bilmirdi ki, bu gün baş verəcək müəmmanın üstü açılmayacaq.

Musavat.com lent.az-a istinadən bir faciəni oxucuların diqqətinə çatdırır.

Özbəkistana məxsus İl-12 tipli təyyarə 11 oktyabrda Daşkənddən gələrək saat 11.15-də Bakı aeroportuna normal eniş edir. Uçuşu davam etdirmək üçün şərait çox da əlverişli deyildi. Ertəsi gün təyyarəni Adler şəhərinə yola salınmasına qərar verilir. Lakin ənənəvi Mineralnıe Vodı marşrutu ilə deyil, Bakı-Yevlax-Tbilisi marşrutu ilə. Lakin Moskvadan müvafiq icazə alınmır. Həmin gün Bakı aeroportu da güclü küləyə görə təyyarələri qəbul etmirdi. Lakin aeroportun rəisi marşrut üzrə hava şəraiti ilə maraqlanmadan uçuşa icazə verir. Təyyarədə heç bir yoxlama aparılmır, pilotlar təlimatlandırılmır.

Görüş məsafəsi 4-10 km arası dəyişirdi. Saat 10.40-da uçuşa icazə verilir – maksimum hündürlük 3000 metr olmaqla. Yarım saat sonra rabitəçi Tbilisi ilə əlaqə yarada bilməməsi barədə xəbər verir. Bir azdan rabitə bərpa olsa da, pelenqator işləmədiyindən komandir Bakıya qayıtmağa qərar verir. Məlum olur ki rabitəçi koordinatı səhv yığıb. Bakıdakı idarəetmə mərkəzi isə bu barədə aeroporta xıəbər vermir.

Bir qədər sonra rabitəçi Yevlax aeroportu ilə əlaqə qurmağa nail olsa da, 10 dəqiqə sonra əlaqə itir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. Hava gəmisinin axtarışları heç bir nəticə vermir. Təyyarədəki 6 ekipaj üzvü və 4 sərnişinin də taleyi təyyarəni taleyi kimi olur.
Istintaq komissiyasının rəyinə görə, qəzaya səbəb rabitə cihazlarının nasazlığı və buzlanmaya görə təyyarənin dağa çırpılmasıdır. Komissiyanın sənədlərində şəkil yoxdur, ekipaj və sərnişinlərin adları dəyişdirilib.

Bu gün də təyyarə Azərbaycanın hansısa ərazisində itib qalıb. Amma əlavə edək ki, bəzən 50-60 il əvvəl itmiş təyyarələrin qalıqları tapıla bilir.

04.06.2022 08:35
4566