Yevlaxda qəza olub, ölənlər var

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

07.11.2022 11:10
1649