Yevlax şəhərində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Hadisə şəhərun Nüşabə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Qətlə yetirilən, 1987-ci il təvəllüdlü Laləzər Camal qızı Bəkirovaya şüşə ilə 18 kəsik xəsarətləri yetirilib. Xəsarətlər əsasən boğaz nahiyəsindən olub və o hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, qadının əri - 1986-cı il təvəllüdlü Həsrət Ramiz oğlu Bəkirov könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, ailənin 6 övladı olub. Hadisə zamanı uşaqlar və onların nənəsi də evdə olub. Lakin onlar digər otaqda yatdıqlarından hadisədən sonra xəbərdar olublar.
H.Bəkirov həyat yoldaşını, sındırdığı otaq pəncərəsinin şüşəsini kəsərək qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.\\report