Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax şəhərində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, VAZ-2106 markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır digərinin isə kafi qiymətləndirilir.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

04.06.2023 02:48
333