Yerusəlimin girişindəki nəzarət-buraxılış məntəqələrindən birinə bıçaqlı hücum nəticəsində 2 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
Qeyd edilib ki, hücum nəticəsində 25 yaşlı kişi və 19 yaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.