Yerli banklar artıq bu pulları QƏBUL ETMƏYƏCƏK? - AÇIQLAMA

Azərbaycanda bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir.

Bunu Referans.az-ın redaksiyasına müraciət edən vətəndaşlar iddia edirlər. Məzmun etibarı ilə eynilik təşkil edən bir neçə müraciətdən də bu nəticəyə gəlmək olar ki, bankların bir çoxu 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina edirlər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli danışıb.

 natiq_1699964581-full.jpg (39 KB)

"Azərbaycanda xarici valyutaların dəyişdirilməsi ilə bağlı Mərkəzi Bankın qərarları və yaxud instruksiyaları var. Buna görə də hansısa dövlətin rəsmi valyutasını Azərbaycan bankları istədikləri formada qəbul edə bilməzlər. Bu Mərkəzi Bankın tərəfindən tənzimlənir. Hazırda Mərkəzi Bankın belə bir qadağası və ya qərarı yoxdur. Əgər belə bir hal varsa, bu, bankların özlərinin tətbiq etdiyi bir sistem ola bilər. Bunu edən banklar istehlakçıların hüquqlarını pozmuş olurlar, çünki Azərbaycanda belə bir qayda tətbiq olunmur".

14.11.2023 22:29
12057