Yeniyetmələrin özündən zəifi incitməsinin səbəbləri - Psixoloqdan AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə sağlamlıq imkanları məhdud olan yeniyetmənin bir qrup şəxs tərəfindən lağa qoyulması ilə bağlı psixoloq açıqlama verib.

Qeyd edək ki, həmin şəxslər sağlamlıq imkanları məhdud olan İlfanla bağlı üzr videosu da çəkiblər. Bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Kadrlar sosial şəbəkədə sürətlə yayılıb və yeniyetmələrin tərbiyələrində olan boşluqları gündəmə gətirib.

Psixoloqlar bunu özgüvən problemi və ailə tərbiyəsinin olmaması ilə əlaqələndirirlər:
“Ümumilikdə aşağı yaşlardan etibarən övladımıza hörmətlə, sevgi ilə yanaşmalıyıq, mərhəmətin nə olduğunu özümüzdən onlara ötürməliyik. Bunlar olmadığı halda yeniyetmələr özündən zəifi incitməyə çalışırlar. Bunu çəkib paylaşmaqla isə özlərini cəmiyyətdə güclü gənc kimi göstərmək istəyirlər. Amma şüuraltında acizlik, cılızlıq və mərhəmətsizlik yatır”.

Ətraflı Baku TV-nin süjetində:

 

20.12.2023 09:35
549