Astarada yeniyetmə bıçaqlanıb.
Musavat.com xəbər verir ki, Astara rayon sakini 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com