Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yaralanıb.
Aeroport şosesində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Range Rover" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını BMW markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbənin təsirindən "Range Rover"in sol arxa təkər sistemi qırılıb. Həmin vaxt "Toyota Prius" markalı avtomobilin sürücüsü qəzaya uğrayan şəxslərə kömək üçün avtomobilini hadisə yerində saxlayıb.
Yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı maşınının sürücüsü avtomobilini dayanan hər üç nəqliyyat vasitəsinə çırpıb.
Zərər çəkən sürücülər bildiriblər ki, "Hyundai"ın sürücüsü yeniyetmə olub. Qəzaya səbəb də sürücünün avtomobilin salonunda mobil telefonunu axtarması olub.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəza zamanı xəsarət alan "Hyundai"ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır./APA.AZ/