"Yenidoğulmuş Dəstəsi" ilə bağlı DƏHŞƏT üzə çıxdı - Əkiz uşaqlardan birini belə öldürüblər

Türkiyədə, İstanbul, Tekirdağ və Çorlu şəhərlərində ortaya çıxan "Yenidoğulmuş Dəstəsi" ilə bağlı qalmaqal bitmir. Dəstə ilə bağlı yeni təfərrüatlar üzə çıxmağa davam edir.

İstanbul Özəl Avcılar Xəstəxanasında doğulan Kerem Muhammet adlı körpəyə passiv evtanaziya tətbiq edilib.

Belə ki, 14 avqust 2023-cü ildə dünyaya gələn körpə dəstə başçısı İlker Gönenin göstərişi ilə passiv evtanaziya edilib, körpəyə heç bir şəkildə müdaxilə olunmayıb. Amma hesabatda yazılıb ki, körpəyə 20 dəqiqəyə yaxın müdaxilə edilib. Passiv evtanaziya proqramı Türkiyədə yoxdur. Bununla belə, "Yenidoğulmuş Dəstəsi" üçün hazırlanan iddianamədə "passiv evtanaziya" anlayışı da yer alıb. Bu, ittihamnamədəki ən ciddi faktlardan biridir. Tokluoğlu Ailəsinin körpəsi qəsdən ölümə tərk edilib.

Körpə Kerem Muhammetin atası Mustafa Tokluoğlu baş verənlərlə bağlı açıqlama verib:

"Bizə cəsədini verdilər. Cəsədini torbada verdilər. Mən heç cür görə bilmədim. Əvvəlcə hadisədən şübhələnmədik. Biz hamiləlik xəbərini aldıqdan sonra iki mərtəbəli uşaq arabası aldıq. Əkizlərin xəyalı ilə yaşayırdıq. Lakin övladlarımızdan biri yaşadı. Həyat yoldaşım körpə üçün narahat idi mən reanimasiyaya getdim və bildim ki o ölüb. İnsan necə bu qədər pis ola bilər?".

Xatırladaq ki, 12 körpəni pula görə qətlə yetirən "Yenidoğulmuş Dəstəsi"nə üzv 47 nəfər saxlanılıb, 22 nəfər həbs edilib.**BAKU.WS

 

28.10.2024 11:31
907