Yeni və böyük böhran qapıdadır – Ekspertdən ŞOK İDDİA

Son həftələr bitkoin və qızıl qiymətlərində kəskin bahalaşma diqqəti cəlb edir.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bu iki əmtəə qiymətlərində baş verən sıçrayışı ajiotaj kimi qiymətləndirir.

NATİQ.jpg (30 KB)

Onun fikrincə, bu gedişatın 4 səbəbi ola bilər:

“1) Dünyada çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və koinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar; 2) Pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri koinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik; 3) FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər; 4) Bitkoinin “mining” (istehsal) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, bitkoinin yeganə məntiqi “aktiv” sayının məhdud olması məsələsidir. Amma düşünürəm ki, bu, yatırımçılar üçün tələdir, çünki artıq proses başlayıb, 1 bitkoini obrazlı desək, min yerə bölüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitkoini “stock split” edib kiçik hissələrlə satacaqlar”.

Ekspertə görə, bitkoin tam spekulyativ və təklükəli aktivdir:

“Bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, amma unutmayın ki, kiçik qrup qazananda həmişə böyük qrup insanlar uduzur, yəni uduzanlar olmasa, qazananlar da olmur. Yəni bundan öncə də bitkoin 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər dəyəri düşdü, dünya üzrə kiçik yatırımçılar 1 trilyon dollar pul itirdilər.

Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir”.

Musavat.com

11.03.2024 12:36
1298