Yeni tədris ili ilə əlaqədar nəqliyyatda hansı dəyişikliklər olacaq?

Yeni tədris ili ilə əlaqədar ictimai nəqliyyatın hərəkət qrafikində dəyişikliklər ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, tələbələrin ən çox üz tutduğu metro saatları nəzərə alınaraq yeni qrafiklə bağlı işlərə başlanılıb.

Son günlər yollardakı təmir-bərpa işləri ilə əlaqədar bir çox küçə və prospektlərdə nəqliyyatın sıxlığı artıb və bəzi avtobus marşrutlarının hərəkət sxemində dəyişikliklər olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhəri və Abşeron rayonunda xəttə buraxılan avtobus sayı 486-ya çatdırılıb.

Yeni tədris ili ilə əlaqədar artacaq sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlar da yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yenilənmiş qrafikə uyğun olaraq, gün ərzində Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

Ətraflı süjetdə:

13.09.2024 03:26
616