Yeni quraşdırılan işıqforu əzib yararsız hala saldı - HADİSƏ ANI

Bakıda yol qəzası olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, hadisə bu gün günorta saatlarında Binəqədi rayonu, Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus 1 ədəd yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb. Mərkəzin əməkdaşları tərəfindən işıqforun bərpa edilməsi işləri görüləcək.

 
 
20.08.2024 17:47
573