Sumqayıtda nənə, qızı və nəvəsi dəm qazından zəhərləniblər.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Corat qəsəbəsində fərdi evlərin birində baş verib.
69 yaşlı Şövkət Süleymanovanın həyatını xilas etmək mümkün olmayıb.
Onun hamamda dəm qazından boğularaq öldüyü bildirilir.
Qonşuların sözlərinə görə, yaşlı qadın, qızı və nəvəsi həmin mənzilə yenicə köçüblərmiş.
Qadının qızı və nəvəsi isə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Daha ətraflı sujetdə: